Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, paytaxt Londonda PKK tərəfdaşları 15 iyul çevriliş cəhdində şəhid olanların xatirəsinin anılması münasibətilə təşkil olunan tədbirdə türklərə hücum edib.
Məlumatlara görə, terror təşkilatı PKK-nın 50-yə yaxın tərəfdaşı Türkiyənin İngiltərədəki səfiri Abdulrahman Bilgiç, Baş konsul Çınar Ergin, Dini Qurumlar üzrə müşavir Mahmut Özdemir və təxminən 400 türk vətəndaşın qatıldığı tədbirin keçirildiyi binaya daxil olmağa cəhd edib.
İngiltərə polisi bu hadisəyə bir müddət müdaxilə etməyib. Türklər isə bu olaya biganə yanaşan polisə sərt reaksiya veriblər. İki türk vətəndaşı nəzarətə götürülüb.
Gununsesi.info