
Los-Anceles meri Karen Bass şəhərdə komendant saatı elan etdiyini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərinin meri Karen Bass mühacirlərin saxlanması dalğasından sonra etirazların davam etdiyi şəhərin mərkəzində komendant saatı elan edib.
Açıqlamada Bass bölgədə “yerli fövqəladə vəziyyət” və “komendant saatı” elan etdiyini söylədi.
Komendant saatının yerli vaxtla 20:00-da başlayacaq və 06:00-a qədər davam edəcəyi və şəhər mərkəzində təxminən 2 kilometrlik ərazidə qüvvədə olacağı öyrənildi.

Orxan