Los Ancelesdəki Baş konsulluğumuz evakuasiya edildi

Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilib.

Gununsesi.info xəbər verikr ki, bu barədə Report-a Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə bildirib.

O, qeyd edib ki, evakuasiyaya baxmayaraq distant qayada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır.

 

Gununsesi.info