
Çərşənbə günü etibarı ilə beş bölgədə yanğınlar hələ də davam edir. Los Anceles dairəsinin şerifi Robert Luna: “Bəzi evlər bomba atılmış kimi görünür, ölənlərin sayı haqqnda heç nə bilmirik” deyib.
Məşhurlar kömək istəyiblər. Bu Los Anceles tarixinin ən dəhşətli meşə yanğınlarıdı…
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Los-Anceles tarixindəki ən dağıdıcı yanğın baş verərkən, Bələdiyyə Başçısı Karen Bass xaricə səfəri və aylar əvvəl şəhərin yanğınsöndürmə idarəsinə təsir edən büdcə kəsilməsi ilə bağlı tənqidlərlə üzləşib.
Yanğın səhər saatlarında başlayarkən, o ərəfədə Bass Qanada prezidenti Con Dramani Mahamanın andiçmə mərasimində iştirak edibdir.
Bass Kaliforniyaya geri qayıdarkən hava limanında “Sky News” müxbiri tərəfindən qarşılanıb. Müxbir Bassdan yanğınlar zamanı iştirak etmədiyi üçün Los-Anceles sakinlərindən üzr istəyəcəyini soruşub. Bass isə “SKY” müxbirinə cavab verməkdən imtina edib.
Los-Anceles Milli Hava Xidmətindən meteoroloq Ariel Cohen: “Yanğından əvvəlki günlərdə təhlükəli hava şəraiti, o cümlədən dağıdıcı küləklər barədə xəbərdarlıq edildiyi bildirilib. Qırmızı bayraq xəbərdarlığı gözlənilən idi” deyib.
Los-Anceles qraflığında meşə yanğınları nəticəsində ölənlərin sayı hələ dəqiq deyil, ancaq rəsmilər dağıntıların ciddi olduğunu söyləyirlər. Şerif Robert Luna: “Bu ərazilərdə ətraflı axtarış aparırıq. Bəzi yerlər bombalanmış kimi görünür. Ölənlərin sayı baxımından, nə gözləyəcəyimizi bilmirik. Sonda öyrənəcəyik”,- deyə bildirib.
Günel Həsənova