İspaniyalı müxbir Natalya Eskudeyro canlı yayım zamanı lotereya uduşu qazanıb.
“Daily Mail” xəbər verir ki, sevinci yerə-göyə sığmayan qadın canlı yayımda tutduğu vəzifəsini tərk etdiyini bəyan edib.
Lakin bir müddət sonra N.Eskudeyro yenidən işə qəbul olunmaq üçün üzr istəyib.
Qadın lotereyadan 4 milyon avro qazandığını sanıb, lakin onun uduşu 5 min avro təşkil edib.
Xəbər Oxu.az saytında dərc edilib.