
Nadir Səlifovun (Lotu Quli) dəstəsi ilə çeçen Aziz Batukayevin (Aziz) qruplaşması arasında toqquşma şiddətlənməkdədir. Səbəb isə Moskvadakı obyektlərin bölüşdürülməsindəki fikir ayrılığıdır.
Gununsesi.info “primecrime”-yə istinadən xəbər verir ki, Moskvadakı üç bazarın bölüşdürülməsi uğrunda gedən mübarizədə “Quli” ilə Azizin qruplaşması arasında ciddi problem yaşanmaqdadır. Belə ki, Aziz də bu bazarların bir qisminə göz qoyub.
Öz mövqelərini müdafiə etmək üçün “Quli” 700 nəfərlik döyüşçüsünü ayağa qaldırıb. Bundan sonra çeçenlər dar çərçivədə görüşüb, məsələni müzakirə etməyi təklif ediblər. Aziz öz mövqeyini qorumaq üçün “Quli” ilə üz-zə gəlməli olacaq.
“Primecrime”-nin yazdığına görə, dekabrın ortalarında “Quli”nin sahib olduğu bazarlardan çeçenlər Azizin adından ona pul yığmaq istəyiblər. Bu hadisədən sonra Azizdən hər hansı cavab gözləmədən “Quli” ona zəng vurub. Telefon danışığı elə də uğurlu alınmayıb. Öz kobud hərəkət maneraları ilə Aziz “Quli”yə işarə verib ki, adıçəkilən “obyektlər” artıq onun nəzarətinə keçəcək. “Quli” isə Azizin hərəkətinə cavab olaraq deyib ki, bu münasibətlərə öz təsirini göstərəcək. Artıq bu söhbət kriminal qruplaşmalar arasındakı sülhü istisna edir. Çünki “Ded Xasan”ın ölümündən sonra çeçenlər Azizi bir nömrəli “qanuni oğru” yerinə namizəd görürdülər. Aziz isə Rusiya miqyasında ancaq Qroznı səviyyəsində avtoritetliyini qoruyub saxlaya bilib. İndi “Quli” ilə toqquşmaya gedən Azizin kriminal titulunu qoruyub saxlamaq elə də asan olmayacaq. Bu da sirr deyil ki, Aziz tərəfindən taclandırılan “qanuni oğru”ların gələcək taleyi sual altında olacaq.
O da bəllidir ki, Şakro Rusiyaya döndükdən sonra onun birinciliyini tanımaq üçün görüşmək istəsə də, bu görüş baş tutmayıb. Ona görə də necə olmasından asılı olmayaraq Aziz Batukayev tarixə bir nömrəli azərbaycanlı kriminal avtoritetə meydan oxumaq istəyən şəxs kimi düşəcək. Bütün bu qarşıdurmalara baxmayaraq, “Quli” çeçenlərin gücündən yararlanmaq üçün danışıqlara məhkumdur.
Gununsesi.info