“Lotu Quli”nin adamını öldürməkdə təqsirləndirilən şəxs apellyasiya şikayəti verib

Kriminal aləmdə “Yeraz Camal” kimi tanınan Camal Həsənov hökmdən apellyasiya şikayəti verib.
Gununsesi.info “Report”-a istinadla xəbər verir ki, o, 2017-ci ildə Rusiyada “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə yetirməkdə təqsirləndirilir.
Xatırladaq ki, təqsirləndirilən şəxs Camal Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Camal Həsənov 2017-ci ildə Rusiyada Cabir Həsənovu qətlə yetirməkdə təqsirli bilinib. O, ötən il Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.
“Yeraz Camal” ləqəbi ilə tanınan Camal Həsənov mərhum Rövşən Caniyevin (Lənkəranski) yaxın adamı olub.
Xatırladaq ki, “qanuni oğru” R.Caniyev 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib. N.Səlifov isə 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada yerləşən otellərdən birində başından 4 güllə vurularaq öldürülüb.
Gununsesi.info