Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun qardaşı Müşfiq Səlifov Avropa Məhkəməsinə şikayətindən imtina edib.
Gununsesi.info xəbər verir k, Müşfiq Səligov Avropa Məhkəməsinə bu barədə məktub göndərib. Nəticədə onun şikayəti baxılan işlər siyahısından çıxarılıb.
M.Səlifov Avropa Məhkəməsində Azərbaycanda ədalətli məhkəmə araşdırması hüququnun pozuntusundan şikayət etmişdi.
Məhkəmə onun şikayəti əsasında kommunikasiyaya başlayıb, Azərbaycan hökumətinə sorğu göndərib, cavablar alıb.
Qərar verilmə mərhələsində Müşfiq Səlifov imtina edib.
Avropa Məhkəməsi onun şikayətini baxılan işlər sırasından aprelin 12-də verdiyi qərar əsasında çıxarıb.
Müşfiq Səlifov qardaşı Nadir Səlifovun işi üzrə mühakimə olunub. O, qardaşı üçün 6 və 16 saylı cəza müəssisəsində, həmçinin Qobustan həbsxanasında saxlandığı vaxtlarda ora qadınlar aparılmasına yardım etməkdə ittiham olunurdu.
2006-cı idə məhkəmənin hökmü ilə Müşfiq Səlifov 12 il cəza alıb, daha sonra Apelyasiya Məhkəməsi onun cəzasını 7 ilə endirib.
Gülər
Gununsesi.info