Azadlığa çıxdıqdan sonra Türkiyənin İstanbul şəhərini özünə məskən seçən “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifov burada çox qala bilmədi.
Gununsesi.info Yenicag.az-a istinadən xəbər verir ki, onun fəaliyyətindən narahat olan Türkiyə höküməti Səlifovu ölkədən çıxararaq onu arzuolunmaz şəxs elan edib.
İstanbuldan Dubaya yollanan “Lotu Quli”nin hazırda Rusiyanın Sankt-Peterbuq şəhərində olduğu ehtimal edilir. Lakin burada Səlifovun işləri qaydasında getməyə bilər. Məsələ burasındadır ki, 2016-cı ildə İstanbulda qətlə yetirilən digər azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin klanına daxil olan Hacı Beyləqanski də məhz sözügedən şəhərdədir. Bu səbəbdən onların tezliklə qarşı-qarşı gələcəyi istisna deyil.