Luçeski Türkiyəni seçmə səbəblərini açıqlayıb

  • By admin
  • 07 Avqust 2017 17:54
59886d148f446

Türkiyə millisinin yeni baş məşqçisi Mirça Luçesku “ay-ulduzlular”ın “sükanı arxasına” keçməsinin səbəblərini açıqlayıb.

Gununsesi.info goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis açıqlamasında bildirib ki, türklərlə müqaviləsi başa çatdıqdan (2+1 il) sonra məşqçi fəaliyyətinə son qoyacaq: “Razılaşmam yekunlaşan kimi, istirahətə çəkiləcəm. Bir sözlə, Türkiyə yığması mənim son iş yerimdi. Seçmə mərhələdə 4 oyunumuz və final mərhələsinə yüksəlmək üçün yaxşı şanslarımız var. Türkiyə yığmasından gələn təklifi maliyyə və peşəkarlıq baxımından dəvət etdim. Milli ilə dünya çempionatına yüksəlmək, uzun karyeramın əla sonluğu olar”.

Qeyd edək ki, Türkiyədə həm “Qalatasaray”, həm də “Beşiktaş”la ölkə çempionluğunu qazanan rumıniyalı “sarı-qırmızılar”la UEFA Superkubokuna yiyələnib.

Gununsesi.info