Lukaşenko əli sarğılı halda ictimaiyyət qarşısına çıxdı

  • By admin
  • 16 May 2023 09:00

Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 9-dan bəri ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

O, respublikanın Hərbi Hava Qüvvələri və Raket Hücumundan Müdafiə Qoşunlarının mərkəzi komandanlıq məntəqəsinə gəlib.

Dövlət başçısı əli sarğılı halda görüntülənib ki, bu da onun xəstəliyi barədə gəzən şayiələri təsdiqləyib.

Xatırladaq ki, mayın 9-da Moskvada Qələbə Paradında iştirak edən Lukaşenkonun halı qəfil pisləşib. O, təcili Minskə qayıdıb.

Gununsesi.info