
“Belarus prezidenti A.T.Lukaşenko ilə ATƏT PA nın 26 cı illik sessiyasının rəsmi açılış mərasimindəki ayaqüstü qısa görüşümüz zamanı ilk sözü təmas xəttində baş verən insident barədə oldu”.
Gununsesi.info xəbər verir ki, bunu bir az öncə vitse-spiker, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova öz “Facebook” statusunda yazıb.
“Azərbaycanın yüksələn xətlə inkişafını vurğulayan Prezident baş verən hadisədən məlumatlı olduğunu bildirərək, təəssüfünü ifadə etdi”-deyə, o, sonra yazıb.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info