Lukaşenko həmkarına traktor hədiyyə etdi, əvəzində müqəvva aldı - FOTOLAR

  • By admin
  • 01 Fevral 2023 09:14

Zimbabvedə dövlət səfərində olan Belarus rəhbəri Aleksandr Lukaşenko prezident Emmerson Mnanqaqvaya “Belarus 92s” traktorunu hədiyyə edib. Əvəzində isə həmkarı ona şir müqəvvası bağışlayıb.

Gununsesi.info xəbər verir ki, hədiyyə mübadiləsi zimbabveli fermerlərə Belarus kənd təsərrüfatı texnikasının təhvil verilməsi mərasimində baş tutub.

“İlk növbədə, amerikalılara və bütün Qərb dünyasına bizə qarşı sanksiyalar tətbiq etdiklərinə görə təşəkkür etmək istəyirəm. Əks halda, bu geniş sahədə Belarus traktorları deyil, Amerika və Almaniya traktorları dayanardı”, – Lukaşenka bildirib.

Qeyd edək ki, ötən ilin oktyabrında Lukaşenko Rusiya prezidenti Vladimir Putinə də ad günü münasibətilə “Belarus 1523.3” traktoru hədiyyə edib.