Lukaşenko: “Mənim Kolyam heç vaxt prezident olmayacaq”

  • By admin
  • 06 Avqust 2020 22:42

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, 15 yaşlı oğlu Nikolayı özünə varis hazırlamır.

Gununsesi.info-nun “Report”a istinadla məlumatına görə, bu barədə o, “Dmitri Qordonun qonaqlığında” verilişində deyib.

“Yox, mənim Kolyam, yəqin ki, heç vaxt prezident olmayacaq. Mən istəmirəm (…ki, Nikolay prezident olsun – red)”, – Lukaşenko “Dmitri Qordonun qonaqlığında” “YouTube” kanalında müsahibəsində bildirib.

O qeyd edib ki, seçkiqabağı kampaniyası ərzində oğlu Nikolay başqa uşaq olub, böyüyüb. Bu halda dövlət başçısı vurğulayıb ki, oğlu kimya, biologiyanı və ingilis dilini yaxşı bilir.

Belarusda prezident seçkiləri avqustun 9-a təyin edilib, ən yüksək dövlət postuna Lukaşenko da daxil olmaqla, beş nəfər iddialıdır. Lukaşenko altıncı dəfədir ki, prezidentliyə namizəddir.

Gununsesi.info