Lukaşenko toxunulmazlıq qərarı aldı

  • By ilhame
  • 08 Yanvar 2024 22:54

Belarus Prezidenti Aleksandr Lukaşenko özünü və ailəsini ömürlük toxunulmaz edib.

 

Bununla bağlı olaraq Lukaşenko qanun imzalayıb.

 

Yeni qanuna əsasən, prezidentin səlahiyyət müddətini başa vurduqdan sonra Belarus parlamentinin yuxarı palatasının daimi üzvü olmasını nəzərdə tutan qanun Lukaşenkonun cinayət məsuliyyətinə cəlb olunmasının qarşısını alacaq.

 

Yeni qanun həmçinin prezidentliyə namizədlərin ən azı 40 yaşını və Belarusda 20 il yaşamasını tələb edir.

Gununsesi.info