Lukaşenko Puqaçova ilə bağlı fərman verdi

  • By admin
  • 24 Sentyabr 2019 09:15

Belarus Prezidenti Aleksandr Lukaşenko SSRİ Xalq artisti Alla Puqaçovanın “Xalqlar dostluğu” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. Gununsesi.org-un məlumatına görə, bu barədə “BELTA” xəbər verib.

Müğənni mükafata estrada incəsənətinin inkişafına və Belarus-Rusiya mədəni əlaqələrinin möhkəmləndirilməsinə verdiyi böyük töhfələrə görə layiq görülüb.

Qeyd edək ki, Alla Puqaçova 1949-cu il aprelin 15-də Moskvada anadan olub. Ona bolqar bəstəkar Emil Dimitrovun “Arlekino” mahnısı böyük şöhrət gətirib. Müğənninin repertuarında, ümumlikdə, 500-ə yaxın mahnı var.

Gununsesi.org