Lukaşenko Putini evinə dəvət etdi

  • By Günel
  • 06 Dekabr 2024 21:00

Belarus Prezidenti Aleksandr Lukaşenko İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasından sonra rusiyalı həmkarı Vladimir Putini evinə dəvət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Pul pervovo” teleqram kanalı məlumat yayıb.

“Lukaşenko müzakirələri davam etdirmək üçün Putini evinə dəvət etdi”, – məlumatda qeyd olunub.

Bildirilib ki, iki ölkənin lideri Müstəqillik Sarayında üç saat müzakirə aparıblar.

Gununsesi.info