Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin cümə günü telefonla Ukrayna ətrafındakı vəziyyəti, həmçinin Minsk və Moskva arasında münasibətlərin inkişafını müzakirə ediblər.
Gununsesi.info BELTA agentliyinə istinadən xəbər verir ki, Lukaşenko və Putinin danışığı zamanı Ukrayna ətrafındakı vəziyyət ayrıca söhbət mövzusu olub.
Söhbət zamanı liderlər digər qarşılıqlı fəaliyyət məsələlərinə də toxunublar.
Prezidentlər qarşıdan gələn bayram – Belarus və Rusiya Xalqlarının Birlik Günü münasibətilə də bir-birlərini təbrik ediblər.
Gununsesi.info