Lukaşenko Qarabağ ətrafında baş verənlərə görə Ermənistan rəhbərliyini günahlandırıb

  • By ilhame
  • 12 Sentyabr 2024 22:13

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, son illər Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələrə görə günahı Ermənistan rəhbərliyi daşıyır.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu o, Belarusda yaşayan müxtəlif millətlərin nümayəndələri ilə görüşündə deyib.

 

“Qarabağda baş verənlər isə təkcə Ermənistan rəhbərliyinin günahıdır, mən şəxsən onlara (Ermənistan hakimiyyətinə – red.) xəbərdarlıq etmişəm: əraziləri onlara (Azərbaycana – red.) ver. Üstəlik onlar (Ermənistan – red.) etiraf ediblər ki, bu “bizim ərazilər deyil. Bəli, bu bizim ərazilər deyil, Azərbaycanındır. Lakin biz verməyəcəyik, döyüşəcəyik”, – o vurğulayıb.

 

Belarus lideri qeyd edib ki, o, İrəvanla Bakı arasında problemin sülh yolu ilə həllinə çağırıb.

 

“Sonra [Paşinyan] Putindən xahiş etdi. Biz artıq ikimiz Paşinyandan istəməyə başladıq: “Problemi həll et”.

 

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan buna belə cavab verib: “Xeyr, döyüşəcəyik”.

 

“Döyüşüb dincəldilər. Sonra Rusiyaya və ya hələ bizə acıqlanmağın adı nədir?Axı sən özün Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edibsən”, – dövlət başçısı bildirib.

Gununsesi.info