Lukaşenkoya yeni bazarlar lazımdır və Azərbaycana da səfərinin məqsədi budur.
Bunu Gununsesi.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Belarus prezidenti Aleksandr Lukaşenkoya yeni bazarlar lazımdır. “Belarus prezidentinin Azərbaycana gəlişi bununla bağlıdır. Digər tərəfdən Belarusla Azərbaycan arasında ortaq müəssisələrin yaradılması aktual mövzulardan biridir. Məsələn, Bakıda bir neçə Belarus qida məhsullarını satan dükanlar var və bu məhsullar digər ölkələrin məhsullarından həm keyfiyyəti axşıdır, həm də qiymətləri münasibdir”- deyə, politoloq vurğulayıb.
Politoloq onu da əlavə edib ki, Lukaşenko Rusiyadan narazıdır. “Baxmayaraq ki, iki dövlət müttəfiq sayılırlar və Avrasiya İqtisadi Birliyi adında ortaq bazarları var, ancaq Minsk narazıdır. Lukaşenko haqlı olaraq deyir ki, bu necə müttəfiqlik və ortaq bazardır ki, Belarus məhsullarını Rusiya bazarına buraxmırlar. Lukaşenko ona eyham vurur ki, Rusiya Belarusun yeyinti məhsullarının yüksək keyfiyyətindən və aşağı qiymətindən çəkinir. Belarus mallarını Avropaya da çıxış imkanları yoxdur. Ona görə də Lukaşenko məcbur qalıb kiçik bazarlar axtarışına çıxıb”- deyə, E.Şahinoğlu bildirib.
Mürtəza
Gununsesi.info