Lukaşenko Rusiyanın Belarusda nüvə silahı yerləşdirəcəyini təsdiqlədi

  • By admin
  • 31 Mart 2023 21:33

Belarus rəhbərliyi Rusiya Prezidenti Vladimir Putinlə nüvə silahlarının Belarusa qaytarılması ilə bağlı danışıqları intensivləşdirib.

Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko xalqa və parlamentinə müraciətində deyib.

“Mövcud şəraitdə və ölkəmiz ətrafında yaranmış hərbi-siyasi vəziyyətdə mən Rusiya Prezidenti Putinlə nüvə silahlarının Belarusa qaytarılması ilə bağlı danışıqları intensivləşdirdim”, – deyə Lukaşenko bildirib.

Xatırladaq ki, Putin bir neçə gün əvvəl Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb.

Gununsesi.info