
Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 28-29-da Bakıya rəsmi səfərə gələcək.
Bu səfərin arxasında nələr durur? Artıq Belarus KİV-lərində müəyyən qədər təhlillər aparılır. Və səfərin başlıca məqamlarından biri kimi neft-qaz danışıqlarının duracağı qeyd edilir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Gununsesi.info-ya şərhində bildirib ki, Belarus neft və qaz ölkəsi olmasa da, ancaq 2016-cı ildə növbəti iqtisadi çətinliklərləüzləşdiyini bildirirlər: “Belə ki, ölkənin əsas qazanc mənbələrindən biri Rusiya neftinin ucuz qiymətə idxal edərəkemalı və neft məhsullarının,əsasən, uzaq xaricə ixrac edilməsindən əldə edilən gəliri idi. Qeyd etmək gərəkdir ki, Belarusdakı “Mozır” neft emalı zavodu 2010-cu ildən Avro-5 standartlarında yanacaq istehsal edir. Ancaq cari ilin I yarımilliyində xam neftin qiymətlərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə daha 30% ucuzlaşması səbəbindən Minskin Rusiyadan aldığı xammal müqabilində ixrac etdiyi məhsuldan qazancı kəskin azalmağa başladı (38%).
Rəsmi Minsk bunu görcək Moskvadan aldığı qazın qiymətinin iki dəfəyədək endirilməsini tələb etməyə başladı. Təqribən $138-dan $75-dək. Nəticədə qaza görəödəmələri yubandırdı. Bunun,əslində, real səbəbləri başqa idi. Minsk başa düşürdü ki, Moskva qazın qiymətində bu qədər endirim etməyəcək və onun da neft məhsullarından əldə etdiyi gəlirlər hazırkı qiymətlər şəraitində artmayacaq. Siyasi rəhbərliyin qarşısında duran əsas vəzifəölkədəki sabitliyi qoruyub saxlamaq üçün lazımi idxal səviyyəsini təmin etmək idi. Nəticədə cari ilin 9 ayının nəticələrinə görə, dəyər ifadəsində idxal ixracı 2 milyarddan çox üstələdi”.
İ.Şaban vurğulayır ki, Kreml isə artıq daha ciddi-cəhdlə280 milyon dollar qaza görə yığılmış borcunu ödəməyi tələb edir:
“Lukaşenko vəsait tapa bilmədiyindən Rusiya bu ilin ortasından ona güzəştlə satdığı neftin həcmlərini yavaş-yavaş azaltmağa başlayıb.
Minskdə isə bundan çıxış yolu kimi hələ 2010-cu ildəki kimi Bakının imkanlarından yararlanmağı düşünürlər. O zaman Bakı Belarusa gözlənilmədən aşağı faizlə200 mln. dolar uzunmüddətli kredit vermişdi.
Lukaşenko isə görünür, Bakını tərifləməklə artıq bir balaca özünü “tuta” bilib: noyabrın əvvəllərində“Supsa”dan Odessaya, oradan isə dəmir yolu ilə Mozır NEZ-na 630 min barel Azərbaycana ACG-dən çatmalı olan mənfəət nefti Belarusa göndərilib.
Ancaq bilinmir ki, həmin neft hansı qiymətə satılıb. Təbii ki, Belarus hökuməti London birjasındakı qiymətə neft almağa qalsaydı– elə Rusiyanın pulunu verib ürəyi istəyən qədər neft alardı, çünki Rusiyanın “Urals” markalı neft Brent-dən təqribən 2 dollar ucuzdur. Bizim “Azeri Ligth” isə“Brent”dən 1-1,5 dollar bahadır. Demək, Azərbaycan bu neft partiyasını və sonrakı bir-neçə partiya nefti ya “uzunmüddətli kreditə”sənədləşdirir, ya da Lukaşenkonun səfəri zamanı bu ölkədən hökumətlərarası sazişçərçivəsində alınacaq hansısa məhsul və strateji qurğuların ödənməsi üçün barter əməliyyatlarında istifadə edəcək”.
Vüsalə Rüstəmova
Gununsesi.info