Belarus Prezidenti Aleksandr Lukaşenko odun doğrayarkən xəsarət alıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Belarus liderinin özü “Belji” zavoduna səfəri zamanı bildirib.
“Odun doğrayırdım və təxminən 80 kiloqramlıq ağac parçası ayağıma düşdü”, – Lukaşenko deyib.
O əlavə edib ki, zədə əvvəlcə özünü hiss etdirməyib və normal yeriyib, lakin sonra xəsarət alan hissə şişib.
Lukaşenko xoşagəlməz hadisəyə görə bu gün keçirilən xokkey oyununu buraxmalı olub.
Gununsesi.info