Belarus Prezidenti Aleksandr Lukaşenko uşaqlarının respublika rəhbərliyinə gətirilməsi üçün hazırlıqların başladığı yönündə yayılmış məlumatlara münasibət bildirib.
Gununsesi.org-un “Belta” nəşrinə istinadən verdiyi xəbərə görə, dövlət başçısı hökumət üzvləri ilə 2020-ci il üçün makroiqtisadi proqnoza dair keçirdiyi iclasda məlumatların əsassız olduğunu bildirib.
“İnternetdə belə yazırlar: “Lukaşenko hakimiyyəti köçürür. Bəs hakimiyyətdə kim olacaq?..”, “Uşaqları sıralamağa başladılar” və s.
İndi isə qulaq asın. Heç bir uşaq sıralaması yoxdur. Övladlarımın heç biri hakimiyyətə ötürülməyə hazırlaşmır”, -deyə Lukaşenko vurğulayıb.
Qeyd edək ki, A. Lukaşenkonun 3 oğlu var: Viktor, Dmitri və Nikolay.
Viktor hazırda Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi və Belarus Təhlükəsizlik Şurasının üzvüdür.
Dmitri “Prezident İdman Klubu” dövlət-ictimai birliyinin mərkəzi şurasının sədri vəzifəsini tutur.
15 yaşlı Nikolay isə məktəbdə oxuyur.
Gununsesi.org