Lukaşenkodan SENSASİON AÇIQLAMA: Belarus Rusiyanın tərkibinə daxil olur?

  • By admin
  • 13 Aprel 2022 11:13

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya ilə hamıya nümunə olacaq birlik qurmaq niyyətində olduğunu bəyan edib. 

Gununsesi.info xəbər verir ki, o, bunu bu gün Vladivostoka səfəri zamanı deyib.

“Deyirlər ki, Belarus Rusiyanın tərkibinə daxil olacaq. Mən də bildirirəm ki, Putinlə mən köhnə üsullarla hərəkət edəcək qədər axmaq deyilik. Biz iki müstəqil dövlətin birliyini yenidən elə quracağıq ki… Bəs necə? Sanksiyaları aradan qaldırmaqla və s.” – Lukaşenko bildirib.

Qeyd edək ki, Aleksandr Lukaşenko bu gün Vladivostoka gedib və burada Primorsk vilayətinin qubernatoru Oleq Kojemyako ilə regionla Belarus arasında gələcək əməkdaşlığı müzakirə edəcəklər.

Gununsesi.info