Lukaşenkonun Putinlə görüşünün tarixi açıqlandı – Sənəd imzalanmayacaq

  • By admin
  • 11 Sentyabr 2020 14:46

Belarus prezidenti Aleksandr Lukaşenko sentyabrın 14-də Rusiyaya səfər edəcək.

Gununsesi.info RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Bu, işgüzar səfər olacaq, onun Putinlə görüşü keçiriləcək”, – Peskov deyib.

Jurnalistlərin “Birgə sənəd imzalanması gözlənilirmi?” sualına isə Peskov “xeyr” deyib.

Gununsesi.info