Belarusun həbsdə olan müxalifət fəalı Mariya Kalesnikovanın səhhətində ciddi problem yaramıb.
Gununsesi.info-nun xəbərinə görə, Kalesnikiva cəza cəkdiyi həbsxanadan xəstəxanaya yerləşdirilib.
Siyasi fəalın atası uzun müddətli mübarizəsindən sonra onu ziyarət edə bilib.
Qeyd edək ki, Kalesnikova Lukaşenko rejiminin repressiyalarına qarşı çıxaraq, insanları müdafiə etdiyi üçün saxta ittihamlarla həbs edilib.
O, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) insan haqlarının müdafiəsi sahəsində hər il təqdim etdiyi Vaslav Havel mükafatı laureatı olub.
Mariya Kalesnikova bu mükafata Aleksandr Lukaşenkonun avtoritar hökumətinin demokratiya tərəfdarlarına və qruplarına qarşı davam edən repressiyaları fonunda insan haqlarının müdafiəsi sahəsində gördüyü “böyük” işlərə görə layiq görülüb.
Günay
GUNUNSESİ.İNFO