Lukaşenkonun sözlərinə görə Belarus səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağrılıb

  • By admin
  • 08 Fevral 2022 20:23

Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk Xarici İşlər Nazirliyinə çağrılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.

Görüşün təfərrüatları isə açıqlamayıb.

Diplomat Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistanın postsovet məkanında ölkələrin birləşməsi prosesində üzvlüyünün perspektivləri ilə bağlı bəyanatından sonra Xarici İşlər Nazirliyinə çağrılıb.

Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində postsovet məkanında suveren dövlətlərin birləşməsi perspektivlərindən danışarkən “Ermənistanın gedəcək yeri yoxdur” açıqlamasını verib.

 

Gununsesi.info