Lukaşenkonun Zelenski ilə Putin zarafatı - VİDEO

  • By admin
  • 04 Oktyabr 2019 19:17

Ukrayna və Belarus Regionlarının İkinci Forumu çərçivəsində maraqlı hadisə yaşanıb.

Gununsesi.org-un xəbərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenko müstəqil ölkədə azad ticarətin bərpasından danışarkən, bilmədən “Rusiyanın bölgələri” ifadəsini işlədib.

Ukrayna Prezidenti Vladimir Zelenski isə onun sözlərinə düzəliş edərək “Cənab Lukaşenko, Ukrayna…” deyə bildirib.

Bundan sonra Lukaşenko zarafatyan “Qorxdum ki, görən mən Vladimir Vladimiroviç demişəm?” deyərək üzr istəyib. Bu isə auditoriyada gülüşə səbəb olub.

 

 

Gununsesi.org