“Lukoil” hissələrini satır

  • By admin
  • 06 Sentyabr 2017 00:53

Lukoil-logo-21

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın ikinci ən böyük neft şirkəti “Lukoil” ABŞ tərəfindən tətbiq edilən yeni sanksiyaların onların fəaliyyətinə mənfi təsir göstərəcəyini düşünərək mərkəzi İsveçrənin Cenevrə şəhərindən idarə olunan “Litasco”nu satmağı planlaşdırır.

“Interfax” tərəfindən verilən məlumata əsasən, xəbərin doğru olduğunu bildirən “Lukoil”in prezidenti Vahid Ələkbərov bu barədə ətraflı açıqlama verməyib.

“Reuters”ə verilən digər müsahibəyə görə bu satışın əsas səbəbinin sansksiyalardır. Adının açıqlanmasını istəməyən həmin şəxsin sözlərinə görə, “Litasco”nun satılmasının ikinci səbəbi isə ticarətə ayrılan külli miqdarda sərmayənin Rusiyadakı bəzi layihələrə yönləndirilməsinin planlaşdırılmasıdır. Lakin bu müsahibədə satışdan əldə ediləcək gəlirin miqdarı barədə heç bir məlumat verilməyib. “Litasco”ya rəqib olan başqa şirkətlərin dəyəri isə təxminən 2-6 milyard dollar arasında dəyişir.

“Litasco”nun satışı ABŞ-ın tətbiq etdiyi sanksiyaların Rusiyaya məxsus şirkətlərə nə dərəcədə mənfi təsir etdiyini göstərir.

Keçən həftə “Reuters”in yaydığı bir məlumatda mərkəzi İtaliyada yerləşən “İntesa San-Paolo” Bankının Rusiyaya məxsus neft şirkəti olan “Rosneft”in hissələrindən birinin Qətər tərəfindən satın alınması ilə bağlı apardığı kredit əməliyyatlarında çətin vəziyyətdə qalması əks olunub.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp tərəfindən 2 avqust tarixində imzalanan sanksiya qərarı 2014-cü ildə Rusiyanın Krımı öz ərazisinə qatması səbəbindən Vaşinqtonun Moskvaya tətbiq etdiyi sanksiyadan sonra ən sərt qərar kimi qiymətləndirilir.

Rusiya dövləti ilə heç bir bağlantısı olmayan özəl “Lukoil” şirkətinin adı 2014-cü ildən sanksiya siyahısında qeyd olunsa da, şirkətə hissələrinin satılması ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb.

Digər tərəfindən isə İngiltərədə “Litasco”dan təzminat tələb edən şirkətlərin lehinə qərar veriləcəyi təqdirdə “Lukoil” çox çətin vəziyyətdə qala bilər.

Gununsesi.info