“Lukoil”da yeni baş vitse-prezidentlər təyin olunub

  • By admin
  • 04 Mart 2020 22:45

Rusiyanın “Lukoil” neft şirkətində kadr təyinatları olub.

Azat Şamsuarov şirkətin Rusiyada neft və qaz hasilatı üzrə baş vitse-prezidenti, Denis Roqaçov isə xaricdə neft və qaz hasilatı üzrə baş vitse-prezidenti vəzifəsinə təyin edilib.

Gununsesiaz.info-nun “Lukoil”a istinadən verdiyi məlumata görə, bundan əvvəl A. Şamsuarov neft və qaz hasilatı üzrə baş vitse-prezident, D. Roqaçov isə satınalmalar üzrə vitse-prezident vəzifələrini icra ediblər.