
İki nəhəng gözəllik şirkəti ilə işləyən ətir tədarükçülərinin istifadə etdiyi jasmin uşaq işçiləri tərəfindən toplanıb.
Gununsesi.info xəbər verir ki, BBC dünyaca məşhur dəbdəbəli ətir markalarının istehsalında pərdə arxasında “müasir köləlik” və uşaq əməyinin reallığını ortaya qoyub.
Araşdırmaya görə, iki böyük şirkət, Lancôme və Aerin Beauty markalarının tədarükçüləri ətir istehsalında istifadə edilən gülləri azyaşlı uşaqlara toplatdırıb.
Əldə olunan məlumatda deyilir ki, keçən il də bir çox nəhəng kosmetik markaların tədarükçüləri misirli uşaqları jasmin toplamaq üçün işə götürüb.
Qeyd olunub ki, dünyanın ən qabaqcıl yasəmən çiçəkləri yetişdirənlərindən biri olan Misirdə dəbdəbəli brendlər istehsal büdcələrini məhdud saxladıqları üçün uşaqlar çox aşağı maaşla işləmək məcburiyyətində qalıb.
Misirli işçilərin sözlərinə görə çox az maaş aldıqları üçün uşaqlarını da işlətməyə məcbur olurlar.
BBC ətir sənayesində tədarükçülərin monitorinqi sisteminin işləmədiyini də diqqətə alıb.
BMT-nin müasir köləlik üzrə xüsusi məruzəçisi Tomoya Obokata bildirib ki, dəbdəbəli brendlər uşaq əməyi ilə mübarizə üçün çoxlu vədlər verilib. Lakin bunlar kağız üzərində qalıb.
BBC-nin Misirdəki yasəmən tarlalarında çəkdiyi görüntüləri izləyən Obokata, bunlara baxanda vədlərinə əməl etmədiklərini görürəm deyə vurğulayıb.
BBC Misirin Qarbia bölgəsində ailələri ilə birlikdə tarlada işləyən uşaqlardan da müsahibə götürüb. 10 yaşlı Bəsmalla qardaşları ilə səhər saat 3-də qalxıb tarlada işləməyə getdiyini deyib.
Misirli qadın Ana Heba bildirib ki, 5-15 yaş arası övladlarını işə götürmədən kifayət qədər pul qazana bilmirlər. O, bütün gecəni gül yığdıqdan sonra tarla sahibinə ödədikdən sonra özlərinə cəmi 1,5 dollar pulun qaldığını bildirib.
BBC-nin xəbərində Misirdə yüksək inflyasiya səbəbilə lüks brendlər üçün çalışan kənd təsərrüfatı işçilərinin aldığı pulların azaldığı da diqqətə mərkəzindədir.
Bildirilir ki, Misirdə yasəmən toplayıb çörək qazanan 30 minə yaxın insandan neçəsinin uşaq olduğu barədə dəqiq rəqəm yoxdur.
Qeyd edək ki, Misirdə 15 yaşından kiçik uşaqların saat 07.00-19.00 arası işləməsi qadağandır.
Şəbnəm
Gununsesi.info