Lüksemburqdan Ankaraya təhdid -TÜRKİYƏ DAYANA BİLƏCƏKMİ?

  • By admin
  • 07 Noyabr 2016 22:28

 erdogan

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Lüksemburq Xarici İşlər naziri Cen Asselborn Türkiyənin ixracatının 50 faizinin Avropaya göndərildiyini və Türkiyədəki yatırımların 60 faizinin də Avropa Birliyindən gəldiyini bildirib. Türkiyədəki son hadisələri sərt şəkildə tənqid edən Asselborn alman radiosuna verdiyi açıqlamasında bu fikirləri bildirib: “Bu gün Türkiyədə insan hüquqlarını müdafiə edənlərə ya Gülənçi, ya da terrorist damğası vurulur. 15 iyuldan etibarən 11 min peşə sahibi vəzifəsindən kənarlaşdırılıb. Mətbuat azadlığı sıralamasında Türkiyə 180 ölkə arasında 151-ci yerdədir və 10 min jurnalist işsizdir. İşin ən pis tərəfi isə Türkiyədə ictimai və sosial baxımdan vətəndaş ölümləri başlayıb. İşdən çıxarılanların adları rəsmi qəzetlərdə yayımlanır. Onların bir daha iş tapmaq şansı qalmayıb. Diplomları, pasportları yox edilir. İnsanların ailələrini təmin etmək üçün pulları yoxdur. Evlərini itirirlər, aclıq çəkirlər. Açığı, bunlar nasizm dövründə istifadə olunan üsullardır. Bu, Türkiyədə 15 iyuldan bəri çox pis dəyişiklikdir. AB olaraq bunu qəbul edə bilmərik”. Həmçinin, Asselborn iddialarına görə, guya sentyabr ayının əvvəllərində Strasburqda keçirilən xarici işlər nazirlərinin iclasında Türkiyənin Xarici İşlər naziri deyib ki, o da hüquqi dövlətdə yaşamaq istəyir. Almaniya spikeri Stefan Seybert isə Asselbornun fikirləri ilə tam razılaşmayıb. O fikirlərini belə ifadə edib: “Federal dövlət sanksiyaya qoşulmur. Türkiyədəki hadisələrə qarşı Avropa ölkələri olaraq ortaq məxrəcə gəlmək lazımdır. Biz Türkiyəyə göstərməliyik ki, mediyanı, müxalifəti basqı altında saxlamaq onun Avropa Birliyi ilə münasibətinə necə təsir göstərir. Bizim üçün dialoqların aparılması vacibdir”.

Nigar Cəfərli

Gununsesi.info