İstanbulun Arnavutköydəki lunaparkda bacısının sevgilisi ilə qarşılaşan şəxs ətrafdakı onlarla uşağa fikir verməyərək silahını çıxararaq atəş açıb. Hücum zamanı bir nəfər yaralanarkən, uşaqlardan bir nəfərin atasının atəş açanı dayandırmaq cəhdi kameralara düşüb.
Gununsesi.info xəbər verir ki, yanvarın 14-də Arnavutköy Mərkəz səmtindəki lunaparka gələn 16 və 17 yaşlı iki hücumçudan birinin bacısının sevgilisi olduğunu iddia etdiyi şəxsi və onun yanında dostunu görüb.
Şübhəli şəxs yanındakı silahı çıxararaq atəş açmağa başlayıb. Həmin vaxt parkda olan onlarla uşaq və onların ailələri və hücumun hədəfi olan iki nəfər təşviş içində qaçmağa başlayıb. Atəş nəticəsində 1 nəfər yaralanıb. Hadisə yerinə gələn polis qrupları 2 nəfəri yaxalayıb.
Polis bölməsində araşdırma aparıldıqdan sonra məhkəməyə çıxarılan təcavüzkarlardan biri həbs edilib, digəri isə sərbəst buraxılıb.
Digər tərəfdən hücum anı təhlükəsizlik kamerasına düşüb. Kadrlarda hücum zamanı oyuncağın yanında olan uşağını gözləyən atanın əllərini qaldıraraq hücum edənləri dayandırmağa çalışdığı görünür.
Gununsesi.info