Lunyov “Qarabağ”la yeni müqaviləni müzakirə etdiyini açıqladı

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Ağdam klubu ilə mümkün yeni müqavilə ilə bağlı danışıb. 

Gununsesi.info  xəbər verir ki, rusiyalı qolkiper “Match TV”yə açıqlamasında danışıqların davam etdiyini bildirib.

O, “Qarabağ” sənə yeni müqavilə təklif edib?” sualını belə cavablandırıb: “Bəli, müzakirə prosesindəyik. Danışıqlar davam edir. İndi diqqətlər yalnız mövsümün sonunadır. Mövsüm baça çatanda gələcəyimlə bağlı bəzi qərarlar verəcəm”.

Təcrübəli qolkiper meneceri Anton Smirnovla yollarını ayırdığını da açıqlayıb.

Qeyd edək ki, 32 yaşlı qapıçının “Qarabağ”la 2025-ci ilin yayına kimi müqaviləsi var. O, 2023-cü ilin yayında Ağdam klubuna transfer olunub.

Gununsesi.info