Luqanskda rusların 3 tankı və 1 PDM-i məhv edildi

  • By admin
  • 15 Mart 2022 16:35

Luqansk müdafiəçiləri Rusiyanın 3 tankı və 1 PDM-ni məhv ediblər.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələrin Əməliyyat Qərargahı məlumat yayıb.

“Ukraynanın müdafiəçiləri rus işğalçı qüvvələrinə zərbələr endirməyə davam edirlər. Luqansk vilayətində Kral Daniil adına 24-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadanın döyüşçüləri düşmənin 3 tankını və 1 PDM-ni heyətləri ilə birlikdə məhv ediblər”, – məlumatda qeyd olunub.

Gununsesi.info