“Luzer” liderin boyundan böyük çıxışı: Paşinyan Azərbaycanı antiterror əməliyyatına səsləyir…

Ermənistan bütünlükdə Cənubi Qafqaz regionu üçün sabitliyə böyük təhlükə olaraq qalmaqda davam edir.

Azərbaycan tərəfi ilə eyni masa arxasında olarkən səsini çıxara bilməyən Ermənistan lideri Nikol Paşinyan İrəvanda öz kreslosuna əyləşəndə cəfəng xəyallar aləminə dalır və bu zaman mövcud reallıqlardan uzaq, Ermənistanın dünya siyasətindəki çəkisi və mövqeyi ilə zidd, necə deyərlər, “başından böyük” açıqlamalar verir.

Görünür, Baqramyan küçəsindəki ofisində Nikol Paşinyan özünü hansısa süpergücün lideri, böyük siyasətçi və söz sahibi kimi hiss edir.

Birmənalı olaraq daxili auditoriyada, onsuz da, aşağı olan nüfuzunu qaldırmağa yönəlmiş bu cür çıxışlar, şovinist və revanşist dairələrin könlünü oxşayacaq açıqlamalar Nikol Paşinyanın Brüssel, Praqa, Soçi və s. görüşlərdə ortaya qoyduğu görüntüdən, yəni real mənzərədən çox uzaq görünür.

İqtisadi, hərbi və geosiyasi müstəvidə “luzer” bir dövlətin kapitulyant liderinin səsinin bu cür ucadan çıxması, yəqin ki, dünya siyasətində unikal bir hadisə sayılmalıdır.

Təbii ki, burada məqsəd ilk növbədə erməni xalqını aldatmaq, siyasi dairələrdə özünə xal toplamaq və heç olmasa, ölkə lideri kimi nəyəsə qadir olduğunu, çoxlarının hesab etdiyi kimi, təsadüfi biri olmadığını göstərmək cəhdləridir.

Bu gün ölkə parlamentində çıxışı zamanı təcavüzkar, riyakar Ermənistan dövlətinin lideri Azərbaycanı Cənubi Qafqazdakı sabitlik və təhlükəsizliyə təhdid adlandırıb. Təsəvvür edin, regionun çirkab yuvası, qeyri-qanuni fəaliyyətlərin məskəni, təcavüzkar, terrorçu dövləti olan Ermənistanın uğursuz lideri belə bir fikir söyləyəcək qədər xəyallar aləmində yaşayır.

Ermənistan baş nazirinin çıxışı kənardan revanşist və “Böyük Ermənistan” xülyasına qapılmış savadsız və məlumatsız bir erməni gənci üçün olduqca “möhtəşəm” görünə bilər. Amma reallıqda, sadəcə, pafoslu cəfəngiyyatdan başqa bir şey deyil.

Paşinyan öz çıxışında Azərbaycanın Qərbi Azərbaycandakı tarixi toponimlərdən istifadəsini qəbuledilməz sayır. Tarixi bilgiləri olduqca bəsit olan Nikol Paşinyan hələ də elə düşünür ki, ermənilərin saxtalaşdırdıqları və yalnız erməni “tarixçi”lərin “əsər”lərinə istinadla yazılmış tarixi o qədər böyükdür ki, Azərbaycan da bu yalanlara istinad etməlidir. Ermənistan baş naziri unudur ki, əslində onu qorxuya salan “Zəngəzur”, “Basarkeçər”, “Qafan” və s. kimi toponimlər nəinki onun dövlətindən, eləcə də bütünlükdə “Böyük Ermənistan” utopiyasından daha qədim anlayışlardır.

Tarixi yalnız özlərinin uydurma həqiqətlərindən ibarət sayan erməni lider həm də “soyqırımı” ilə bağlı ifadələr səsləndirməkdən də çəkinməyib. Diqqət edin, soyqırımı barədə fikir səsləndirən  – əliqanlı cinayətkarların, müharibə cinayətləri törədən, dinc əhalini qətlə yetirmiş, Xocalıda bəşəriyyətin mövcudluğuna qara ləkə salmış, terrorçuları, faşizm tərəfdarlarını milli qəhrəman hesab edən bir xalqın baş naziridir. Gülünc görünsə də, Nikol Azərbaycanın Qarabağdakı erməniləri yer üzündən silmək niyyətində olduğunu iddia edir.

Erməni nazirin cəfəngiyyatlarına inansaq, Qarabağda hazırda erməni qoşunları yoxdur, buranı hansısa “cəsur döyüşçülər” və “yerli ermənilər qoruyurlar”. Ancaq Paşinyan açıqlamır ki, buradakı separatçılar hansı silahlardan istifadə edirlər, separatçılar hansı dövlətlə müqavilə imzalayıb silah almaq iqtidarındadırlar? Ümumiyyətlə, Qarabağda yaşayan ermənilərin sayı bəlli ikən bu qədər “yerli döyüşçü” torpaqdanmı çıxır? Yoxsa Qarabağın bərəkətli torpaqları ermənilər tərəfindən o qədər zəhərlənib ki, artıq məhsul əvəzinə separatçı istehsal edir? Bu qədər sualın qarşısında tribuna arxasına keçib bugünkü çıxışı edə bilmək isə sadəcə tipik erməni riyakarlığı nümunəsi ola bilər.

Ermənistan baş nazirinin çıxışındakı ən riyakar məqam isə yəqin ki, silahsızlaşdırılmış zonanın yaradılması ilə bağlıdır: Azərbaycan-Ermənistan sərhədində və Qarabağda. Nikol Paşinyanın delimitasiya olunmamış Azərbaycan ərazilərini də dədə malı hesab etdiyini nəzərə alsaq, Nikol istisnasız olaraq Azərbaycan torpaqlarında müvafiq zonalar tələb edir.

Üstəlik, daha bir ifadəyə diqqət edək:

“Sülhməramlılar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı bütün problemlər həll olunana qədər qeyri-müəyyən müddətə yerləşdiriliblər”.

Hər halda karın könlündəki də bu sözlərlə üzə çıxmış olur.

Qarabağda və Qərbi Azərbaycanda islam tarixinə divan tutan ermənilərin rəhbəri erməni xalqını onlarla müsəlman dövləti və xalqları ilə “qardaşlıq hissləri”nin birləşdirdiyini deyib. Çox güman ki, Nikol Paşinyan bu misalda yenə də terrorçularla olan qardaşlıq hisslərini səhv salıb.

Yeri gəlmişkən, Nikol Paşinyan Laçın dəhlizi və separatçıların danışıqlar masasına oturması ilə bağlı da iddialarla çıxış edib. “Bayraktar” və “Harop”un səsini hələ də unuda bilməyən rüsvayçı ordunun komandanı bununla Bakıya arxasında dura bilməyəcəyi mesaj ötürdüyünün fərqində belə, olmayıb.

Zəngəzur dəhlizi məsələsində məkrli oyunlardan əl çəkməyən Ermənistan anlamalıdır ki, Laçın dəhlizi ilə bağlı istənilən qərarda söz sahibi Azərbaycan tərəfidir. Separatçıların Azərbaycanla hansısa danışıqlara qoşulması isə sadəcə Ermənistanın siyasi elitasının boş yerə söz israfıdır. Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra onların bütün hüquqları da Azərbaycan dövləti tərəfindən layiqincə qorunacaq. Məsələ bu qədər konkret və aydındır.

Nikol Paşinyanın açıqlamalarının arxasında dayanan səbəbləri yuxarıda qeyd etdik. Ancaq səbəblər yekun nəticədə Ermənistanın özü üçün olduqca ağır fəsadlara yol aça bilər. Bakı ilə dialoqun tonunda dəyişikliyə cəhd etmək belə, ən sadə şəkildə desək, kapitulyanta yaraşmır.

Erməni lider öz açıqlamaları ilə Ermənistanın öhdəliklərini yerinə yetirməməsini əsaslandırmağa çalışırsa, separatçıları şirnikləndirir və guya sülhməramlıların uzunömürlü fəaliyyətinə işarə vurursa, bu, hadisələrin İrəvan üçün olduqca təhlükəli ssenari üzrə inkişafına səbəb ola bilər. Hər halda Azərbaycanın Ermənistanı cəzalandırmaq üçün vasitələri kifayət qədər zəngindir.

Ən azından, reallıqları inkarın və baş qaldırmaq cəhdinin qarşısında “dəmir yumruğ”un qüdrətini xatırlatmaq Ermənistan tərəfində silinməz və ölümcül izlər qoya bilər.

Qarabağdakı separatçıların tərk-silah edilməsi və bölgədən çıxarılması İrəvanın marağında deyilsə, bu məsələni Azərbaycan Ordusunun elit bölmələri asanlıqla yerinə yetirmək, terrorçuları öz avtomobillərində və ya cənazə maşınlarında düz baş nazirin iqamətgahının qarşısına qədər göndərmək iqtidarındadır.

Əgər Nikol Paşinyan öz kreslosunda qapıldığı xəyallarla buna dəvətnamə göndərirsə, o zaman Azərbaycan dövləti və Ordusu konkret addım atmaq zərurəti qarşısında qalır. Bu zaman isə Nikol Paşinyan da, özünü güzgüdə nəhəng görən digər bütün ermənilər də həqiqətin acı tərəfi ilə üzləşməli olacaqlar.

Gununsesi.info