S. Lavrov İstanbulda bizə yalvardı ki, hərbi müdaxilə olmasın. Ankaranın Suriyada Rakka və İraqda Mosul əməliyyatları ilə ciddi gəlişmələr ortaya çıxıb.
Gununsesi.info “haberturk”-ə istinadən xəbər verir ki, Türk Silahlı Qüvvələri Suriyadan ancaq Türkiyəyə qarşı təhdidlər ortadan qalxdıqdan sonar çıxa bilər.
Ankarada adının deməsini istəməyən yetkili Rakka və Mosul əməliyyatları barədə ilgin açıqlama verib.
Rəsminin sözlərinə görə, hədəfimiz bölgədən İŞİD və YPG-ni çıxarmaqdır və bu məsələdə Suriya rejimindən də icazə almaq niyətimiz yoxdur.
Rakka əməliyyatına gəldikdə isə rəsmi deyib ki, bu plan yaxşı hazırlanmalıdır və TSK koalisyon gücləri ilə birgə hərəkət etməyi nəzərdə tutur.
Mosula gəldikdə bu məsələ bizim maraq dairəmizdədir. Rəsmi deyib ki, adıçəkilən məsələlərlə bağlı ABŞ Dövlət Departamentinin rəsmiləri ilə də müzakirə olunub və rəsmi Ankaranın mpvqeyi onlara çatdırlıb.
Bu məsələdə Rusiyanın mövqeyinə gəldikdə rəsmi deyib ki, 2013-cü ildə Suriya rejimin rəhbəri Bəşər Əsədçətin vəziyyətdə olanda Rusiya Xarici işlər naziri Sergey Lavrov istanbulda bizə yalvardı: “Gəlin Suriya məsələsini siyasi yolla həll edək. Hərbi hücumlara ehtiyac yoxdur”.
Türkiyəli rəsmi Suriyada harada səhvə yol verdim deyəndə, məhz həmən dövrü qeyd etmək istəyir. Ancaq həqiqəti açıqlamır. Çünki o zaman Suriyada problem həll etmək üçün şans yaranmışdı və ABŞ bu şansı əldən verdi.
Gununsesi.info