
Zabrat qəsəbəsində intihara cəhd hadisəsi baş verib. Gununsesi.info-nun xəbərinə görə, Füzuli rayon sakini, 1976-cı il təvəllüdlü məcburi köçkün Nadir Məmmədov əlində bıçaq yola çıxaraq intihara cəhd göstərib. Ərazidə yaşayanlar 102-xidmətinnə müraciət ediblər. Hadisə yerinə polis əməkdaşları gəlib. Polis əməkdaşları intihar etmək istəyən şəxsi fikrindən daşındıra biliblər. Həmin şəxs polis bölməsinə dəvət olunub. Hazırda onun ifadəsi alınır.
Xəyalə Xanəziz