Məcburi köçkün Milli Qəhrəmandan şikayətçidir - FOTO

  • By admin
  • 19 Yanvar 2017 14:15

unnamed (6) 

“Milli Qəhrəman Möhsüm Məmmədov  DİN orqanlarında tutduğu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, məhkəməyə təzyiq göstərir”.

Bu haqda Gununsesi.info-ya müraciət edən Xətai rayonu, NZS qəsəbəsi, Levanovski küçəsi, ev 4, mənzil 2-də yaşayan Rahib Yamil Oğlu Məmmədov bildirib.

Hüquqlarının pozulduğunu iddia edən R. Məmmədov bu haqda  Ramiz Mehdiyevə, Oqtay Əsədova, Fuad Ələsgərov, Fikrət Məmmədova, Ramil Usubova, millət vəkili Əli Hüseynliyə dəfələrlə müraciət edib. İndi isə redaksiyamız vasitəsiylə prezident İlham Əliyevə  müraciət edir.

O bildirib ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26.09.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək,  Əzizbəy-KM  MMC  ilə Məmmədov Mövsüm Şahin oğlu arasında  Bakı şəhəri Xətai rayonu,  Xocalı küşəsi 2347-4-cü məhəllədə inşa olunmuş binanın 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən sahəsi 135, 58 km.m olan 3 otaqlı 236 saylı mənzilə dair bağlanmış 07.06.2013-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilib. Məmmədov Mövsüm Şahin oğlunun Bakı şəhəri Xətai rayonu, Xocalı küşəsi 2347/78 məhəllədə inşa olunmuş  binanın 3-cü girişinin  7-ci mərtəbəsində yerləşən sahəsi 135,58 kv.m olan 3 otaqlı 236 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılaraq, ona – Məmmədov Rahib Yamil oğlunun sahibliyinə verilməsi vəzifəsi Əzizbəy-KM MMC-yə həvalə edilmiş, Əzizbəy-KM MMC-nin qarşılıqlı iddiası təmin edilməmişdir.

Həmin qətnamədən  cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Əzizbəy-KM MMC tərəfindən apellyasiya şikayəti verilib: “Bakı Apellyasiya Məhkəməsinin 27.01.2015-ci il tarixli qətnaməsi ilə şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlıb. Ali Məhkəmənin Mülki Kollegiyasının 25 iyun 2015-ci il tarixli qərarı ilə  şikayət təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılıb. Qərar  qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Bundan sonra həmin iş üzrə cavabdeh qismindən cəlb edilmiş, mübahisəl mənzilin faktiki istifadəçisi olan Məmmədov Mövsüm Şahin oğlu AR Konstitusiya Məhkəməsinə şikayət edərək, mülki iş üzrə qəbul edilmiş qərarların yoxlanılmasını xahiş edib.

AR Konstitusiya Məhkəməsi Plenumun 24 iyun 2016-cı il tarixli qərarı ilə AR Ali Məhkəməsinin 25 iyun 2015-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilib. Mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq,  Ali Məhkəmənin Plenumunun 16 sentyabr 2016-cı il tarixxli Azərbaycan Respublikası Ali məhkəməsinin 25 iyun 2016-cı il tarixli qətnaməsi ləğv edilib və iş yenidən baxılması üçün bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Mülki iş üzrə yeni apellyasiya baxışı zamanı M.Məmmədov tərəfindən yeni iddia ərzəsi verilib, ərizə məhkəmə tərəfindən icraata qəbul edilib və mənim iddiam üzrə həmin iddiaya da baxılır.

Nəzərinizə çatdırım ki,  M.Məmmədov Milli Qəhrəman olmasından sui-istifadə edir. Halbuki,  mülki və mülki prosessual qanunvericilik bərabərlik prinsipini təmin edib. Belə olan halda M.Məmmədovun Milli Qəhrəman olması işin nəticəsinə təsir etməməlidir. Ancaq M.Məmmədov bütün ərizə və şikayətlərində buna  istinad edir,  bu azmış kimi  məhkəmə araşdırmasına  heç bir aidiyyatı olmayan bir neçə Milli Qəhrəmanın  iştirakını da təmin edərək,  məhkəməyə təzyiq  etmək istəyir. Halbuki,  bu yol verilməzdir. Digər tərəfdən isə  M.Məmmədovun ərizə və şikayətlərində az qala  belə bir nəticə çıxır ki,  çox fağır və yazıq  adamdır, çətin vəziyyətdə yaşayır. Halbu ki,  hüquq-mühafizə orqanlarında  yüksək vəzifəli  şəxs olduğu hamıya  məlumdur. Mübahisəli mənzilin təmirinə çəkdiyi xərc də onun “kasıb” olmadığının göstəricisidir. Məhkəmədən bu cür  güzəştlər  tələb etməli şəxs isə əslində, mən olmalıyam.

Mən  Fizuli rayonundan məcburi köçkün ailəsi olaraq, min bir  əziyyətlə qazanaraq, topladığım pullara həmin mənzili almışam. Himayəmdə əmək qabiliyyəti olmayan və  himayəsiz  yaşaya bilməyən qardaşım var. Mən onunla birlikdə yaşamağa məcbram. O ruhi xəstədir, istənilən  vaxt az yaşyaşlı uşaqlarım üçün təhlükəlidir. Bütün bunlar azmış kimi, 2009-cu ildən  pulumu ödəyərək aldığım mənzili əldə edə bilmirəm.

 Bir məsləni də xüsusi olaraq qeyd edim ki,  mənimlə eyni vaxtd iddia vermiş  şəxslərin də qətnamələri qanuni qüvvəsini almış və həmin qətnamələr icra edilərək mənzillər payçılara təhvil verilib. Həmin işlər üzrə isə faktiki hallar oxşardır, mübahisələri məhkəmələr eyni qaydada həll etmişlər.

M.Məmmədovun qarşılıqlı qaldırdığı məsələlərə Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2014-cü il tarixli qətnaməsi ilə hüquqi qiymət verilib. Baki Apellyasiya Məhkəməsinin 09 dekabr  2014-cü il tarixli qətnaməsi ilə Ali Məhkəmənin19 may 2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanııb. Hazırki vəziyyətdə məhkəmə kollegiyası M.Məmmədovun qarşılıqlı iddiasını təmin etməklə Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2014-cü il tarixli qətnaməsinin nəticə hissəsini ləğv etmiş olacaq.

Bu da hüquqi müəyyənlik prinsip  baxımından yol verilməzdir. İş üzrə qərar qəbul edilərkən bu fakt mütləq nəzərə alınmalıdır.

M. Məmmədov mənim Əzizbəy-KM MMMC ilə bağladığım müqavləni  mübahisələndirir. Halbuki, Əzizbəy-KM MMC-ilə onun arasında bağlanmış müqavilənin kökü və hüquqi əsası yoxdur. Çünki Əzizbəy-KM MMC-nin iddiası əsasında baxılmış mülki iş üzrə Xətai traayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini alıb və həmin müqavilə bağlanmışdır. Bu da ona dəlalət edir ki, həmin müqavilə istənilən halda qanunsuzdur.

Qeyd etdiyim kimi M.Məmmədovun Milli Qəhrəman adından və hazırda tutduğu vəzifdən sui-istifadə edərək məhkəməyə təsir etməyə çalışır. Bu da tərəf olaraq məni əlverişsiz vəziyyətə  salır. Ona görə də  Sizə müraciət edirəm. Hüquqlarımın qorunmasına və bərpa olunmasına kömək edin. Qeyd olunanları nəzərə alaraq,  mənim Əzizbəy-KM MMC  və Mövsüm Məmmədova qarşı iddia tələbim üzrə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılan mülki işdə obyektiv araşdırmanın təmin edilməsi və ədalətli qərar qəbul edilməsi ilə kömək edin”-, deyə o müraciətdə bildirib.

Qeyd edək ki, Milli Qəhrəman Möhsüm Məmmədov Şuşa Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışır. Polis mayorudur.

Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Məmmədov Mövsüm Şahin oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı veriib.

unnamed (7)

Gülnaz Qənbərli

Gununsesi.info