Bu dəqiqələrdə Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsindəki Məşəl, Tonqal, Lalə və digər düşərgələrdə yaşayan məcburi köçkünlərlə Azərişıq ASC-nin əməkdaşları və polislər arasında insident baş verib.
Məcburi köçkün ailələrinin Gununsesi.info-ya verdiyi məlumata görə, məcburi köçkünlər onlara ayrılan kommunal xərclərlə bağlı limitin ləğvinə və sayğaclaşdırmaya etiraz edirlər. Onlar bildiriblər ki, günlərlə bu ərazidə qaz olmur və bir çox evlər qazlaşdırlmayıb. Həmçinin, onlar bir çox kommunal xidmətlərdən istifadə etmirlər. Hazırda etirazlar davam edir.
Gülnaz Qənbərli
Gununsesi.info