Məcburi köçkünlər prezidentdən kömək istəyirlər- MÜRACİƏT

Məcburi köçkünlər prezidentdən kömək istəyirlər

Mingəçevirdə məskunlaşan bir qrup məcburi köçkün ölkə başçısından imdad diləyir.

Mingəçevir şəhərindəki 3 saylı məcburi köçkün qəsəbəsinin bir qrup sakini üzləşdiyi ağır sosial vəziyyətlə bağlı Gununsesi.info-ya müraciət edib.

Müraciətdə bildiriblər ki,  1997-ci ildən etibarən 5 illik müqavilə əsasənda  tikilmiş fin qəsəbəsində müvəqqəti olaraq məskunlaşdırılıblar. Lakin həmin müddətdən 21 il keçməsinə baxmayaraq, fin evləri adlanan baraklarda məskunlaşan məcburi köçkünlər vəziyyətlərinin dözülməz olduqlarını dilə gətiriblər. O zaman söz verilsədə ki, qısa zaman ərzində onlara ev tikilib veriləcək, ancaq indiydək verilən sözlərə əməl edilmir.

Qəsəbə sakinləri üzləşdiyi problemlərin həlli üçün Azərbaycan prezidentinə müraciət ediblər. Onlar bildiriblər ki, ölkə başçısı İlham Əliyev hələ 2004-cü ildə Mingəçevirə səfəri zamanı  yaşadığımız qəsəbədə olub və acınacaqlı yaşayış tərzimizlə yaxından tanış olub. O zaman Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bizim yaşadığımız  yerlə tanış olarkən deyib ki, burada heç heyvan yaşamaz, siz yaşayırsız: “Bir otaqlı kiçik beton yerdə beş nəfər necə yaşaya bilər?”.

Odur ki, redaksiyanız vasitəsi ilə dövlət başçısına və aidiyyatı qurumlara müraciət edərək, bizim problemimizin həllinə yardımçı olsunlar:

“Bizi üzləşdiyimiz bu zülmətdən xilas etsinlər”. 

Müraciət qəsəbə sakinləri tərəfindən redaksiyamıza Məmmədov Zöhrab Qədim oğlu tərəfindən göndərilib.

Gununsesi.info

COMMENTS