Ağdam rayonundan məcburi köçkün düşmüş və Bərdə rayonun Lək kəndində məskunlaşmış Rasim Abbasova məxsus ikiotaqlı ev yanğı nəticəsində külə dönüb.
Gununsesi.info-nun xəbərinə görə, ev əşyaları ilə birlikdə yanıb. Hadisə zamanı R.Abbasovun ailə üzvləri tüstüdən zəhərlənib. Onun həyat yoldaşı və 3 övladı qonşuların köməyi ilə xəstəxanaya çatdırılıblar. Yanğınını elektirik naqillərində qısaqapanma nəticəsində yarandığı ehtimal olunur.
Gülnaz Qənbərli
Gununsesi.info