Mədəkiçiltmə əməliyyatı hamilə qalmağa mane olur? - Həkim

“İstənilən bariatrik əməliyyatdan (mədəkiçiltmə, artıq çəkidən azad olma) 12-16 ay keçəndən sonra qadınlar hamilə qala bilərlər. Hamiləliyin sayında isə məhdudiyyət yoxdur”.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin əməkdaşı, həkim Taryel Ömərov deyib.

HTML tutorial

O qeyd edib ki, bu, istənilən yaş dövrünə aiddir.

Həkim onu da əlavə edib ki, əməliyyatdan sonra təkrar kökəlmələr ola bilər: “Elmi araşdırmalara görə, hazırda 100 xəstədən 13-18 faizində 3-5 ildən sonra təkrar piylənmə ola bilər. Yəni əməliyyatdan sonra yenidən piylənmə ehtimalı az da olsa, var”.

Gununsesi.info