
Burkina Fasonun mərkəzi bölgəsində qızıl mədənində torpaq sürüşməsi baş verib.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 8 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.
İlkin məlumata əsasən, faciəyə bir neçə gün davam edən aramsız yağışlar səbəb olub.
Gununsesi.info