Mədəniyyət naziri idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi

Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub.

Gununsesi.info xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, nazirliyin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə vəzifəsindən azad olunub.

O, Mədəniyyət Nazirliyinin Daxili Nəzarət və Audit Şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinin icrası isə rəis müavini Həsrət Şabiliyə həvalə olunub.

Gununsesi.info