Mədəniyyət sahəsində dövlət strategiyası hazırlanır

“Nazirlik mədəniyyət sahəsində 2040-cı ilə qədər müddəti əhatə edəcək dövlət strategiyası sənədi hazırlayır. Sənədin məzmunundan irəli gələrək dövlət planı işləniləcək”.

Gununsesi.info xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Milli Məclisdə “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

HTML tutorial

Nazir müavininin sözlərinə görə, sənəddə qısa, orta və uzunmüddətli hədəflər müəyyənləşdiriləcək: “Mədəniyyət sahəsində fəaliyyətin yeni məzmunu, prioritetlər müəyyən edilir”.

Gununsesi.info