Mədəniyyət və Turizm Nazirliyinin işçisi Ağdamda yol qəzasında ölüb – YENİLƏNİB

  • By admin
  • 27 Mart 2018 22:15


Ağdamda qəzada ölən şəxsin kimliyi bəlli olub. APA-nın yerli bürosunun xəbərinə görə, ölən şəxsin VAZ-21015-in sürücüsü Mirzəyev Ramil olduğu müəyyənləşdirilib. Onun Mədəniyyət və Turizm Nazirliyinin Ağcabədi şöbəsinin işçisi olduğu bildirilir.

Qəza nəticəsində xəsarət alanlardan birinin şəxsiyyəti bəlli olub. O, “Lada Priora”nın sürücüsü, Quzanli kənd sakini Məhərrəmov Ceyhun Adil oğludur.

Qəzanın səbəbləri araşdırılır.

 

Gununsesi.info