Mexikodan Yaponiyaya uçan Aeromexico şirkətinə məxsus təyyarənin göyərtəsində sərnişin ölüb.
Onun ölümünə səbəb mədəsində aparmaq istədiyi, ümumi çəkisi 1,5 kilo təşkil edən 246 paket kokain olub.
Uçuş başladıqdan az sonra meksikalı özünü pis hiss etməyə başlayıb və huşunu itirib. Həkimlər onun narkotik maddənin yüksək dozası səbəbi ilə ürəyinin dayandığını söyləyiblər.