Ötən gün baş tutmuş seçkilərdən sonra 86 faizdən çox səs toplayan İlham Əliyevin rəqibləri seçkilərdə məğlubiyyətlərini qəbul ediblər.
Gununsesi.info xezerxeber.az-a istinadən bildirir ki, onlar seçkilərin normal şəraitdə keçirildiyini qeyd ediblər. Müxalif namizəd Sərdar Məmmədov ölkəmizin mürəkkəb coğrafi məkanda yerləşməsinə, eləcə də xeyli sayda beynalxalq təxribatların mümkünlüyünə rəğmən seçkilərin sakit şəraitdə keçməsini, məntəqələrdə aşkar zorakılıq hallarının olmamasını müsbət qiymətləndirib. O, iqtidarla hər zaman əməkdaşlığa hazır olduğunu bəyan edib.
Prezidentliyə digər namizəd Fərəc Quliyev də məğlub olmasına rəğmən dünənki seçkiləri siyasi uğur adlandırıb. Onun sözlərinə görə, seçkinin gedişatından və nəticələrindən narazı qalmaq üçün ciddi əsas yoxdur.
Prezidentliyə digər namizəd Razi Nurullayev seçkilərinin nəticələrini qəbul etdiyini və heç bir narazılığının olmadığını bəyan edib. O, seçkilərdə lider olan İlham Əliyevi təbrik edib.
Prezidentliyə digər namizədlər Zahid Oruc, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev və Araz Əlizadə qələbə münasibətilə İlham Əliyevi təbrik ediblər.
Gununsesi.info